Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Cahit Bağcı Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyini qəbul edib

Cahit Bağcı Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyini qəbul edib

Cahit Bağcı Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyini qəbul edib
2024-02-05 , 17:21

Ölkəmizdə səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin sədri, Türkiyə Ədliyyə Nazirliyinin Dairə Bakanlığının Arabuluculuk üzrə İdarə Heyətinin üzvü, Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - Hüseyin İlhan Yetişgin, Eda Günday, Saliha Sasa, Hatice İpek, Eda Günday, Serpil Akdeniz, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Bakı 9 Saylı Mediasiya Təşkilatının rəhbəri Leyla Nəsibova və Bakı 15 saylı Mediasiya təşkilatının rəhbəri Qasım Şaliyev Müstakil Sanayici ve İşadamları Derneği - MÜSİAD Azərbaycan dərnək Mərkəzinin rəhbər heyəti ilə birlikdə Türkiyənin Azərbaycandakı səfiri cənab Cahit Bağcının qəbulunda oldu.


Türk Dünyası Arabulucular Birliyinin təsis olunmasından öncə olduğu kimi, bu gün də gələcək fəaliyyətlərlə bağlı cənab səfirin tövsiyyə və məsləhətləri dinlənildi, müzakirələr aparıldı.

Qonaqlar səmimi qəbula və Azərbaycanda mediasiya sahəsinə verdikləri dəstəklərinə görə cənab səfirə təşəkkür etmiş, Türk Dünyası üçün dəyərli fəaliyyətlərində uğurlar arzu etmişdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.