Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Bakı 9 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub

Qonaqlar 2 fevral 2024-cü il tarixində isə Bakı 9 saylı mediasiya təşkilatının ofisində olublar. Ofislər ilə tanışlıq zamanı Bakı 9 Saylı Mediasiya Təşkilatının rəhbəri Leyla Nəsibova mediasiya təşkilatının iş prinsipi, fəaliyyət planı, gələcək hədəf və istiqamətləri barədə məlumat verib.
Türkiyə nümayəndə heyəti mediasiya sahəsinin qısa zaman içində əldə etdiyi uğur və qət etdiyi yolun əhəmiyyətini vurğulayıb və mediasiya təşkilatına gələcək fəaliyyətində uğur və yeni nailiyyətlər arzulayıb.
Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel Bakı 9 saylı mediasiya təşkilatının rəhbəri Leyla Nəsibovaya Türk Dünyası Mediatorlar Birliyinin bayrağını təqdim edib.