Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi ASAN Xidmət Mərkəzini ziyarət edib

Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi ASAN Xidmət Mərkəzini ziyarət edib

Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi ASAN Xidmət Mərkəzini ziyarət edib
2024-02-06 , 17:42

Ölkəmizdə səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin sədri, Türkiyə Ədliyyə Nazirliyinin Dairə Bakanlığının Arabuluculuk üzrə İdarə Heyətinin üzvü, Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - Hüseyin İlhan Yetişgin, Eda Günday, Saliha Sasa, Hatice İpek, Eda Günday, Serpil Akdeniz Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov ilə birlikdə 2 fevral 2024-cü il tarixində ASAN İnnovativ İnkişaf Mərkəzində olublar.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin aparat rəhbəri Fuad Qarayev ASAN Xidmətin, o cümlədən, İnnovativ İnkişaf Mərkəzinin fəaliyyəti haqqında qonaqlara məlumat verib. Qonaqlar həmçinin  Ailə Biznesinə Asan Dəstək (ABAD) tərəfindən sərgilənən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida sahəsi məhsulları ilə tanış olublar.

Türkiyə nümayəndə heyətinə eyni zamanda ASAN Səyyarın fəaliyyət prinsipləri haqqında ətraflı məlumat verilib, Türkiyə Cümhuriyyəti ilə ortaq layihələr barədə müzakirələr aparılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.