Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi ASAN Xidmət Mərkəzini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Fuad Qarayev ASAN Xidmətin, o cümlədən, İnnovativ İnkişaf Mərkəzinin fəaliyyəti haqqında qonaqlara məlumat verib. Qonaqlar həmçinin Ailə Biznesinə Asan Dəstək (ABAD) tərəfindən sərgilənən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida sahəsi məhsulları ilə tanış olublar.
Türkiyə nümayəndə heyətinə eyni zamanda ASAN Səyyarın fəaliyyət prinsipləri haqqında ətraflı məlumat verilib, Türkiyə Cümhuriyyəti ilə ortaq layihələr barədə müzakirələr aparılıb.