"Özünüz gedib Kamilə sahib çıxın"

B.Dadaşova Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna səslənərək "Polad müəllim, söhbət erməni məsələsidirsə, özünüz qalxın gedin Kamilə sahib çıxın. Prezidentimizin sizə göstərdiyi etimadı doğruldun, zəhmət olmasa" sözlərini yazıb.
Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.