Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Özünüz gedib Kamilə sahib çıxın"

"Özünüz gedib Kamilə sahib çıxın"

2024-02-21 , 17:06

"Bir bu oyun qalmışdıbaşımıza gətirilməyən. Əminik ki, ölkəmiz tezliklə bu absurd vəziyyətə müdaxilə edəcək".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədəki paylaşımında yazıb. Müğənni Rusiyada hava limanında saxlanılan idmançı Kamil Zeynallı ilə bağlı paylaşım edib. 
B.Dadaşova  Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna səslənərək "Polad müəllim, söhbət erməni məsələsidirsə, özünüz qalxın gedin Kamilə sahib çıxın. Prezidentimizin sizə göstərdiyi etimadı doğruldun, zəhmət olmasa" sözlərini yazıb.
Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. 



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.