Mediasiya Şurasının rəhbərliyi Yevlax 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub

Nadir Adilov ölkədə mediasiya sahəsinin yarandığı gündən indiyədək əldə etdiyi uğur və qət etdiyi yolun əhəmiyyətini vurğulayıb, barışıq sazişlərinin keyfiyyətli məzmunu barədə məlumat verib və mediasiya təşkilatına gələcək fəaliyyətində uğur və yeni nailiyyətlər arzulayıb.
Yevlax Mediasiya təşkilatının rəhbəri Nigar Hüseynzadə müzakirələrdə təşkilatın marketinq fəaliyyəti, uğurlu barışıq sazişlərinin keyfiyyət göstəriciləri və vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar, o cümlədən, qarşıda duran işlər barədə geniş məlumat verib.