Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mediasiya Şurasının rəhbərliyi Yevlax 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub

Mediasiya Şurasının rəhbərliyi Yevlax 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub

Mediasiya Şurasının rəhbərliyi Yevlax 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub
2024-06-14 , 17:14

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov və Bakı 12 saylı Mediasiya Təşkilatının rəhbəri Sevda Məhərrəmova Yevlax 1 saylı mediasiya təşkilatını ziyarət edib.


Nadir Adilov ölkədə mediasiya sahəsinin yarandığı gündən indiyədək əldə etdiyi uğur və qət etdiyi yolun əhəmiyyətini vurğulayıb, barışıq sazişlərinin keyfiyyətli məzmunu barədə məlumat verib və mediasiya təşkilatına gələcək fəaliyyətində uğur və yeni nailiyyətlər arzulayıb.

Yevlax Mediasiya təşkilatının rəhbəri Nigar Hüseynzadə müzakirələrdə təşkilatın marketinq fəaliyyəti, uğurlu barışıq sazişlərinin keyfiyyət göstəriciləri və vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar, o cümlədən, qarşıda duran işlər barədə geniş məlumat verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.