Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mediasiya Şurası region təşkilatlarında Etik davranış qaydalarının monitorinqini aparacaq

Mediasiya Şurası region təşkilatlarında Etik davranış qaydalarının monitorinqini aparacaq

Mediasiya Şurası region təşkilatlarında Etik davranış qaydalarının monitorinqini aparacaq
2024-02-26 , 13:30

Qanunvericilikdən, normativ - hüquqi aktlar və eyni zamanda Şuranın Nizamnaməsindən və Şuranın İdarə Heyəti tərəfindən təsdiq edilmiş Qərarlardan irəli gələn nəzarət, tənzimləmə və qiymətləndirmə səlahiyyətlərinin həyata keçirlməsi məqsədi ilə, Mediasiya Şurası tərəfinən region mediasiya təşkilatlaırnda monitorinqlər həyata keçirləcək.

5 sentyabr 2019-cu il “Mediatorların peşəkar etik davranış Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (https://e-qanun.az/framework/43221) mediasiya təşkilatları və mediatorlar tərəfindən icrasının monitorinq edilməsi və ortaya çıxan nöqsanlarının aradan qaldırlmasına nail olmaq, əldə edilmiş uğurların isə qiymətləndirlməsi məqəsdi ilə Mediasiya Şurasının İdarə Heyətinin 26 fevral 2024-cü il tarixli Qərarı ilə Mediasiya Şurasının Etika Komitəsinə həvalə edilib. 
"Mediaisya haqqında" Azərbaycan Respublikasının Qanunu, “Mediatorların peşəkar etik davranış Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, Mediasiya Şurasının nizamnaməsi, Mediasiya Şurasının Etika Komitəsinin Mediasiya Şurası İdarə Heyəti tərəfindən təsdiq edilmiş Əsasnaməsinin tələblərindən irəli gələrək mərhələli şəkildə mediasiya təşkilatları və mediatorların qeyd edilən sahə üzrə fəaliyyətinin monitorinqinə 01 mart 2024-cü il tarixindən başlasın. Mediaisya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov İdarə Heyətinin Qərarından irəli gələn işlərin keyfiyyətli, çevik və şəffaf icrasını təmin edilməsi həvalə edilməklə, meydana çıxan problemlərin həlli, metodiki zəruri dəstək tədbirlərinin həyata keçirlməsi məqəsdi ilə monitorinqlər zamanı müəyyən edilmiş hallardan aslı olaraq Mediasiya Şurasının Hüquqi təminat və İnsan hüquqları Komitəsinə çatışmamazlıqların aradan qaldırılması, məqsədi ilə metodiki təlim və seminar, müzakirə və peşəkar məsləhətlərin verilməsinin təmin edilməsi məqsədi ilə təqdimatla çıxış etməsi tapşırılmışdır.
Beləliklə, 01 mart - 30 aperl 2024-cü il tarixləri aralığında aşağıda adları qeyd edilən mediasiya taşkilatlarında monitorinqlərə başlanılması Qərara alınmışdır.
* Salyan 1 saylı mediasiya təşkilatı
* Sabirabad 1 saylı mediasiya təşkilatı
* Cəbrayıl 1 saylı mediasiya təşkilatı (Biləsuvar rayonu)
* Masallı 1 saylı mediasiya təşkilatı
* Lənkəran 1 saylı mediasiya təşkilatı
* Bərdə 1 saylı mediasiya təşkilatı
* Yevlax 1 saylı mediasiya təşkilatı
* Mingəçevir 1 saylı mediasiya təşkilatı
* Goranboy 1 saylı mediasiya təşkilatı
* Gəncə 1 saylı mediasiya təşkialtı
* Gəncə 2 saylı mediasiya təşkilatı
* Samux 1 saylı mediasiya təşkilatı
* Tovuz 1 saylı mediasiya təşkilatı,
* Qazax 1 saylı mediasiya təşkilatı
* Şəki 1 saylı mediasiya təşkilatı
* Qəbələ 1 saylı mediasiya təşkilatı (Hazırda monitorinq davam edir)
* Qusar 1 saylı mediasiya təşkilatı
Yuxarıda adları qeyd edilən mediasiya təşkialtlarından xidmət alımış və alan vətəndaşlar həmin təşkilatlarla bağlı irad və təkliflərini, şikayətlərini Mediasiya Şurasının (012) 1927 qaynar xəttinə və yaxud da Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərova birbaşa (055-211-01-43) bildirə bilərlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.