Deputat: "İstər sənət adamları, istər sadə adamlar villasını, şəraitini göstərirsə, bu, yekəxanalıq, şöhrətpərəstliklə bağlı məsələdir"

F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, istər sənət adamları, istər sadə adamlar villasını, şəraitini göstərirsə, bu, yekəxanalıq, şöhrətpərəstliklə bağlı məsələdir.
“Bu, cəmiyyətin ümumi xəstəliyidir. Vergi belə parametrlərə görə qoyulmur. Ümumi qaydalar tətbiq olunmalıdır. Ölkənin iqtisadi maraqları, vətəndaşın müəyyən gəlir səviyyəsi və başqa amillər nəzərə alınaraq vergi qoyulur. İmkanı var, villa tikib. Biz vergiləri kiminsə acığına etmirik. Kimisə tərbiyələndirmək məqsədi güdmürük. Vergilər dövlətin iqtisadi marağı baxımından təyin olunur. Bu kontekstdə məsələyə baxılmalıdır”, - komitə sədri qeyd edib.