Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputat: "İstər sənət adamları, istər sadə adamlar villasını, şəraitini göstərirsə, bu, yekəxanalıq, şöhrətpərəstliklə bağlı məsələdir"

Deputat: "İstər sənət adamları, istər sadə adamlar villasını, şəraitini göstərirsə, bu, yekəxanalıq, şöhrətpərəstliklə bağlı məsələdir"

Deputat:
2024-06-28 , 16:54

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bəzi sənət adamlarının televiziya efirlərində villalarını, bahalı maşınlarını reklam etmələrinin tənqid olunmasına, onlara yüksək vergi tətbiqi barədə tələblərə münasibət bildirib. 

 
F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, istər sənət adamları, istər sadə adamlar villasını, şəraitini göstərirsə, bu, yekəxanalıq, şöhrətpərəstliklə bağlı məsələdir. 
 
“Bu, cəmiyyətin ümumi xəstəliyidir. Vergi belə parametrlərə görə qoyulmur. Ümumi qaydalar tətbiq olunmalıdır. Ölkənin iqtisadi maraqları, vətəndaşın müəyyən gəlir səviyyəsi və başqa amillər nəzərə alınaraq vergi qoyulur. İmkanı var, villa tikib. Biz vergiləri kiminsə acığına etmirik. Kimisə tərbiyələndirmək məqsədi güdmürük. Vergilər dövlətin iqtisadi marağı baxımından təyin olunur. Bu kontekstdə məsələyə baxılmalıdır”, - komitə sədri qeyd edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.