Siyavuş Novruzov: "Qiymətlərdə böyük ölçüdə nəsə dəyişməyib, ona görə də bahalaşmanı seçkiyə qatmaq olmaz"

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“İqtisadi sektor məsələləri özü müəyyənləşdirir, dünya bazarında, qonşu ölkələrdə qiymətlər necədirsə, buna uyğun nisbətən tənzimləyir. Diqqətlə baxsanız, qonşu Gürcüstanı və bizi götürsək, daşınmaz əmlakda, benzinin qiymətində fərqin nə qədər olduğunu görərsiniz. Yaxud qardaş Türkiyəni və Azərbaycanı... Hansısa böyük ölçüdə nəsə dəyişməyib. Ona görə də bahalaşmanı seçkiyə qatmaq olmaz. Seçki başqa şeydir. Azad, ədalətli və demokratikdir, qanunvericiliyin tələbləri yerindədir. Seçki Məcəlləsi tam imkan verir ki, hər bir insan azad şəkildə seçilsin. Yetişmiş dairə, məntəqə komissiyaları var, ədalətli və düzgün şəkildə seçki keçiriblər. Buna görə də danışanlar dairəyə getsinlər, mətbuata yox. Yolları budur...”, - komitə sədri deyib.