Siyavuş Novruzov: "Qiymətlərdə böyük ölçüdə nəsə dəyişməyib, ona görə də bahalaşmanı seçkiyə qatmaq olmaz"
“Benzinin bahalaşmasının parlament seçkilərinə heç bir aidiyyatı yoxdur. Seçki azad, demokratik, şəffaf keçirilir. Qiymətlə və başqa məsələlərlə seçkiyə təsir göstərmək nəyə lazımdır ki? İddialılar namizədliyini irəli sürəcək, bu da elan olunacaq. 18 yaşına çatmış, seçmək və seçilmək hüququna malik olan hər bir Azərbaycan vətəndaşı, siyasi partiyalar və onların namizədləri seçkidə iştirak edə bilərlər. Namizədliyin irəli sürülməsi prosesi artıq başlayıb. Bunun nəyinsə qiymətinin 5-10 qəpik qalxmasına heç bir aidiyyatı yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“İqtisadi sektor məsələləri özü müəyyənləşdirir, dünya bazarında, qonşu ölkələrdə qiymətlər necədirsə, buna uyğun nisbətən tənzimləyir. Diqqətlə baxsanız, qonşu Gürcüstanı və bizi götürsək, daşınmaz əmlakda, benzinin qiymətində fərqin nə qədər olduğunu görərsiniz. Yaxud qardaş Türkiyəni və Azərbaycanı... Hansısa böyük ölçüdə nəsə dəyişməyib. Ona görə də bahalaşmanı seçkiyə qatmaq olmaz. Seçki başqa şeydir. Azad, ədalətli və demokratikdir, qanunvericiliyin tələbləri yerindədir. Seçki Məcəlləsi tam imkan verir ki, hər bir insan azad şəkildə seçilsin. Yetişmiş dairə, məntəqə komissiyaları var, ədalətli və düzgün şəkildə seçki keçiriblər. Buna görə də danışanlar dairəyə getsinlər, mətbuata yox. Yolları budur...”, - komitə sədri deyib.
OXŞAR XƏBƏRLƏR