Tahir Kərimli: "Xocalıya gedəndə siqaret çəkməyə son qoyacağam"

Deputat Pravda.az-a açıqlamasında deyib ki, o, Ağdama, Şuşaya, Füzuliyə gedib, amma hələ də Xocalıya gedə bilməyib.
“Allahın izni ilə Xocalıya da gedəcəyəm. Əslində, siqareti bir neçə gündən bir, həftədə bir-iki dəfə yadıma düşəndə çəkirdim. Heç onu da ciyərimə çəkə bilmirdim, elə yalandan çəkirdim. Yoxsa meyilli deyiləm, siqaret çəkə bilmirəm. Gəncliyimdə də heç vaxt çəkməmişəm. Xocalıya gedib bu məsələyə son qoyacağam”, - T.Kərimli bildirib.