Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tahir Kərimli: "Xocalıya gedəndə siqaret çəkməyə son qoyacağam"

Tahir Kərimli: "Xocalıya gedəndə siqaret çəkməyə son qoyacağam"

Tahir Kərimli:
2024-07-03 , 14:32

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Xocalı azad olunduqdan sonra siqareti tərgidəcəyi barədə vədini yerinə yetirib-yetirmədiyinə aydınlıq gətirib. 

 
Deputat Pravda.az-a açıqlamasında deyib ki, o, Ağdama, Şuşaya, Füzuliyə gedib, amma hələ də Xocalıya gedə bilməyib. 
 
“Allahın izni ilə Xocalıya da gedəcəyəm. Əslində, siqareti bir neçə gündən bir, həftədə bir-iki dəfə yadıma düşəndə çəkirdim. Heç onu da ciyərimə çəkə bilmirdim, elə yalandan çəkirdim. Yoxsa meyilli deyiləm, siqaret çəkə bilmirəm. Gəncliyimdə də heç vaxt çəkməmişəm. Xocalıya gedib bu məsələyə son qoyacağam”, - T.Kərimli bildirib. 
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.