Ağadadaş Ağayevi döyən mühafizəçi Qarabağ qazisi imiş

Yenilik.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri "TV Musavat"ın canlı efirində qonaq olan "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov deyib.
O, bir çox nüanslara toxunub və maraqlı məlumatlar verib.
Nurəddin Cəlilov qeyd edib ki, Birinci Qarabağ müharibəsi qazisidir:
"Mən özüm Birinci Qarabağ savaşının iştirakçısıyam, 1992-93-cü illərdə ön cəbhədə vuruşmuşam. Ayağımdan ağır yaralanmışam".