Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ağadadaş Ağayevi döyən mühafizəçi Qarabağ qazisi imiş   

Ağadadaş Ağayevi döyən mühafizəçi Qarabağ qazisi imiş 
 

Ağadadaş Ağayevi döyən mühafizəçi Qarabağ qazisi imiş 

 
2024-07-30 , 17:58

Ağadadaş Ağayevin ötən gün verdiyi açıqlamalara, xalqdan üzr istəmə videosuna baxdım, öz-özümə dedim ki, "bu cür gözəl insana necə əl qaldırmışam". O, orada bildirir ki, mən müsəlmanları təhqir etmişəm və s. Məgər, Ağadadaş Ağayev müsəlmanları təmsil edir? Onun mənə söyüşlərinə qarşılıq olaraq onu söymüşəm. Müsəlmanları niyə söyüm ki?"


Yenilik.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri "TV Musavat"ın canlı efirində qonaq olan "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov deyib. 

O, bir çox nüanslara toxunub və maraqlı məlumatlar verib. 

Nurəddin Cəlilov qeyd edib ki, Birinci Qarabağ müharibəsi qazisidir:

"Mən özüm Birinci Qarabağ savaşının iştirakçısıyam, 1992-93-cü illərdə ön cəbhədə vuruşmuşam. Ayağımdan ağır yaralanmışam".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.