Qalmaqallı namizəd Anar Məmmədovun köməkçisi: "Hər şey dürüstdür, şəffafdır"

E.Cahangirov Pravda.az-a açıqlamasında bunları deyib: “Bu məsələ barədə mövqeyimiz bizim fəaliyyətimizdir. İşimizin üstündəyik. Dövlətimizə, dövlətçiliyimizə xidmət edirik. Mövqeyimiz gördüyümüz işlərdir”.
E.Cahangirov əməkdaşımızın Anar Məmmədovun təşviqata vaxtından əvvəl başlaması barədə sualına isə belə cavab verib: “Dairədən soruşun. Biz o işlərə qarışmırıq. Sosial şəbəkələrdə fəəliyyətimizi izləyin, mövqeyimiz oradadır. Orada hər şey dürüstdür, şəffafdır”.