Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qalmaqallı namizəd Anar Məmmədovun köməkçisi: "Hər şey dürüstdür, şəffafdır"

Qalmaqallı namizəd Anar Məmmədovun köməkçisi: "Hər şey dürüstdür, şəffafdır"

Qalmaqallı namizəd Anar Məmmədovun köməkçisi:
2024-08-13 , 17:00

Yeni Azərbaycan Partiyasının namizədlərindən olan VI çağırış Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindəki digər namizədlərin A.Məmmədova qarşı etirazlarına, Mərkəzi Seçki Komissiyasına şikayət ünvanlamalarına münasibət bildirib. 

 
E.Cahangirov Pravda.az-a açıqlamasında bunları deyib: “Bu məsələ barədə mövqeyimiz bizim fəaliyyətimizdir. İşimizin üstündəyik. Dövlətimizə, dövlətçiliyimizə xidmət edirik. Mövqeyimiz gördüyümüz işlərdir”.
 
E.Cahangirov əməkdaşımızın Anar Məmmədovun təşviqata vaxtından əvvəl başlaması barədə sualına isə belə cavab verib: “Dairədən soruşun. Biz o işlərə qarışmırıq. Sosial şəbəkələrdə fəəliyyətimizi izləyin, mövqeyimiz oradadır. Orada hər şey dürüstdür, şəffafdır”.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.