Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Namizədlər hansı məntəqələrdə səs verəcək?

Namizədlər hansı məntəqələrdə səs verəcək?

Namizədlər hansı məntəqələrdə səs verəcək?
2024-02-06 , 17:07

Sabah Azərbaycanın müstəqillik tarixində 8-ci dəfə prezident seçkiləri keçiriləcək. Bu il ilk dəfə seçkilər bütün ölkə ərazisində baş tutacaq. Bu, İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra keçirilən ilk seçkidir.

Yenilik.az xəbər verir ki, Modern.az seçkilərdə iştirak edəcək 7 namizədin harada səs verəcəyini araşdırıb.
Qeydə alınan namizədlər aşağıdakı seçki məntəqələrində səs verəcək:
İlham Əliyev - 7 saylı saylı Səbail seçki dairəsinin 1 saylı məntəqəsi;
Zahid Oruc - 23 saylı saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsi;
Razi Nurullayev - 8 saylı saylı Binəqədi birinci seçki dairəsinin 12 saylı məntəqəsi;
Qüdrət Həsənquliyev - 7 saylı saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsi;
Fazil Mustafa - 26 saylı saylı Sabunçu birinci seçki dairəsinin 3 saylı məntəqəsi;
Fuad Əliyev - 34 saylı saylı Xətai ikinci seçki dairəsinin 19 saylı məntəqəsi;
Elşad Musayev - 19 saylı saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı məntəqəsi.
Qeyd edək ki, sabah keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün seçici siyahılarına 6 milyon 300 mindən çox seçicinin adı daxil edilib. Həmçinin, prezident seçkiləri üçün 6 537 məntəqə təşkil edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.