İçərəhərə giriş piyadalar üçün də pullu olsun - Deputatdan AÇIQLAMA

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.
Deputat bildirib ki, İçərişəhər Azərbaycanın tarixidir, unikal bir ərazidir: “Əlbəttə ki, bu ərazinin qorunması, tarixi-mədəni abidələrin mühafizə edilməsi hər bir vətəndaşın borcudur. Bu istiqamətdə həyata keçirilən hər bir müsbət tədbir alqışlanmalıdır. Çünki İçərişəhərə hər gün saysız-hesabsız turist, xarici qonaq gəlir, tariximizlə, mədəniyyətimizlə, məişətimizlə yaxından tanış olurlar. Belə halda İçərişəhərdə sakitliyi təmin etmək, turistlərin rahatlığına imkan yaratmaq, onların Azərbaycanın bu unikal ərazisi ilə tanış olmaları üçün şəraiti təmin etmək vacib və əhəmiyyətlidir. Buna görə də İçərişəhərə maşınların buraxılmaması, burada nizam-intizamın bərpa edilməsi müsbət qarşılanmalıdır. Yaxşı haldır ki, bu qərar sadə vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir. Çünki İçərişəhərə gələnlər həm də milli-mənəvi dəyərlərimizə qiymət verirlər. İnsanların davranışı, gediş-gəliş, qonaqlara münasibət, demək olar ki, dəyərlərimizə yeni qiymətin ifadəsi ola bilər”.