Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İçərəhərə giriş piyadalar üçün də pullu olsun - Deputatdan AÇIQLAMA

İçərəhərə giriş piyadalar üçün də pullu olsun - Deputatdan AÇIQLAMA

İçərəhərə giriş piyadalar üçün də pullu olsun - Deputatdan AÇIQLAMA
2024-10-03 , 16:14

“Bütün ölkələrdə turistlərin gəzdikləri zonalar, kitabxanalar, muzeylər, parklar və s. pulludur. Həmin yerlərin qorunmasına, abadlaşdırılmasına əlavə vəsait sərf olunur. Buna görə də İçərəhərə də giriş müəyyən qiymətlərlə ölçülməlidir. Amma qiymətlər münasib olmalı, insanları narazı salmamalıdır. Gələn turistləri də qane etməlidir. Eləcə də rayonlardan gələn vətəndaşlarımız da İçərişəhərdə gəzirlər. Buna görə də qiymətlər qaneedici olmalıdır”. 

 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib. 
 
Deputat bildirib ki, İçərişəhər Azərbaycanın tarixidir, unikal bir ərazidir: “Əlbəttə ki, bu ərazinin qorunması, tarixi-mədəni abidələrin mühafizə edilməsi hər bir vətəndaşın borcudur. Bu istiqamətdə həyata keçirilən hər bir müsbət tədbir alqışlanmalıdır. Çünki İçərişəhərə hər gün saysız-hesabsız turist, xarici qonaq gəlir, tariximizlə, mədəniyyətimizlə, məişətimizlə yaxından tanış olurlar. Belə halda İçərişəhərdə sakitliyi təmin etmək, turistlərin rahatlığına imkan yaratmaq, onların Azərbaycanın bu unikal ərazisi ilə tanış olmaları üçün şəraiti təmin etmək vacib və əhəmiyyətlidir. Buna görə də İçərişəhərə maşınların buraxılmaması, burada nizam-intizamın bərpa edilməsi müsbət qarşılanmalıdır. Yaxşı haldır ki, bu qərar sadə vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir. Çünki İçərişəhərə gələnlər həm də milli-mənəvi dəyərlərimizə qiymət verirlər. İnsanların davranışı, gediş-gəliş, qonaqlara münasibət, demək olar ki, dəyərlərimizə yeni qiymətin ifadəsi ola bilər”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.