Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev döyüldü - VİDEO

Qeyd edək ki, Cavid Rzayev "Hardkor liqası" turnirində iştirak edərkən rusiyalı döyüşçü Artur Kulinskini təhqir etmiş və onu "rus donuzu" adlandırmışdı. Bu hadisə böyük qalmaqala səbəb olub və nəticədə Rzayev yarışlardan ömürlük uzaqlaşdırılıb. Bu insident döyüş aləmində geniş müzakirələrə yol açmış, idmançının davranışı qınanmışdı. Rzayevin bu sözləri turnir təşkilatçıları tərəfindən qəbul edilməyib və sərt cəzalandırılaraq, o, liqadan xaric edilib.