Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev döyüldü - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev döyüldü - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev döyüldü - VİDEO
2024-10-24 , 17:13

Rusiyanın Engels şəhərində 24 yaşlı Tümenli idmançı Daniil Sidorov azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayevə hücum edib.

Musavat.com xəbər verir ki, Cavid Rzayevə hücum nəticəsində onun dişi sınıb. Hadisə ilə bağlı dəqiq təfərrüatlar hələlik açıqlanmasa da, insidentin səbəbləri və arxasında duran motivlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, Cavid Rzayev "Hardkor liqası" turnirində iştirak edərkən rusiyalı döyüşçü Artur Kulinskini təhqir etmiş və onu "rus donuzu" adlandırmışdı. Bu hadisə böyük qalmaqala səbəb olub və nəticədə Rzayev yarışlardan ömürlük uzaqlaşdırılıb. Bu insident döyüş aləmində geniş müzakirələrə yol açmış, idmançının davranışı qınanmışdı. Rzayevin bu sözləri turnir təşkilatçıları tərəfindən qəbul edilməyib və sərt cəzalandırılaraq, o, liqadan xaric edilib. 
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.