"Nə qədər gec deyil, seçkilər elan olunmalıdır" - Tahir Kərimli

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
"Nəyəsə görə elan etmirlər... Mərkəzi Seçki Komissiyası diqqətli olmalıdır, qanunlara riayət etməlidir. Heç olmasa seçki keçirmək fikrindədirmi, bu barədə açıqlama verməlidir. Dekabrın 23-dən sonra seçki gecikəndə hesab edin ki, Azərbaycanda müəyyən müddət hüquqi bələdiyyələr olmayacaq. Nə qədər gec deyil, seçkilər elan olunmalıdır", - T.Kərimli bildirib.