Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Nə qədər gec deyil, seçkilər elan olunmalıdır" - Tahir Kərimli

"Nə qədər gec deyil, seçkilər elan olunmalıdır" - Tahir Kərimli

2024-10-31 , 15:24

"Seçki Məcəlləsinə görə, bələdiyyə seçkiləri mütləq keçirilməlidir. Seçkilərin təyin edilməsi barədə qərar səsvermə gününə ən azı 60 gün qalmış elan olunmalıdır. Hazırda səsvermə günü konkret müəyyən olunmayıb, amma dekabrın 23-də bələdiyyələrin səlahiyyət müddəti bitir. Yəni 5 il tamam olur. Buna görə də səsvermə günü artıq təyin olunmalıdır. Bələdiyyə seçkiləri hökmən keçiriləcək. Buna şübhə yoxdur".

 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
 
"Nəyəsə görə elan etmirlər... Mərkəzi Seçki Komissiyası diqqətli olmalıdır, qanunlara riayət etməlidir. Heç olmasa seçki keçirmək fikrindədirmi, bu barədə açıqlama verməlidir. Dekabrın 23-dən sonra seçki gecikəndə hesab edin ki, Azərbaycanda müəyyən müddət hüquqi bələdiyyələr olmayacaq. Nə qədər gec deyil, seçkilər elan olunmalıdır", - T.Kərimli bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.