Talıbovlarla bağlı SENSASİYA - İki deputat mandatını...
Naxçıvan Ali Məclisinin sabiq sədri yaxın ətrafına da deyib ki, onlar, ümumiyyətlə, siyasi proseslərdən çəkilməyə qərar veriblər, bunun nə qədər davam edəcəyi isə...
Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının ilk iclası keçirilib. İclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”, “Büdcə sistemi haqqında”, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə məsələlər müzakirə olunub.
Naxçıvan Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə keçirilən iclasda məclisin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov yenə görünməyib. Ali Məclisin 7 saylı Aralıq seçki dairəsindən seçilən deputatı Vasif Talıbov və 25 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatı Seymur Talıbov iclasda iştirak etməyib. Onların hansı səbəbdən iclasda iştirak etmədiyi məlum deyil. Qeyd edək ki, Talıbovlar Ali Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edir. YAP-ın Ali Məclisə seçkilərdə Vasif Talıbov və Seymur Talıbovun namizədliyini irəli sürməyəcəyi dəqiqdir.
Nəzərə alaq ki, Vasif Talıbov birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputat seçilib. Amma bu dəfə həmin dairədən Vasif Talıbovu Ziyafət Əsgərov əvəz edib.
Bəllidir ki, sentyabrın 1-də Naxçıvan Ali Məclisinə də növbədənkənar deputat seçkiləri keçiriləcək. Məlumat üçün bildirək ki, Naxçıvan Ali Məclisinə namizədlər 45 mandat uğrunda mübarizə aparacaqlar. 2020-ci ildə formalaşan Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü olub. Vasif Talıbov Ali Məclis sədri, Azər Zeynalov isə onun müavini seçilib. Vasif Talıbovun oğlu Seymur Talıbov da Ali Məclisin deputatlarından biri olub.
Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra onun iqtisadi təsir imkanlarının zəiflədilməsi prosesinə start verildi. Talıbovun nəzarətində olan Azərbaycandakı iri biznes subyektləri əlindən alındı, eyni zamanda onun xaricdəki biznesi ilə bağlı araşdırmalara başlanıldı. Seymur Talıbov da Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edildi. Seymur Talıbovun elə o ərəfələrdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti postundan istefa verdiyi bildirilirdi. İddialara görə, Talıbov yaxın ətrafına da deyib ki, onlar, ümumiyyətlə, siyasi proseslərdən çəkilməyə qərar veriblər. Bunun nə qədər davam edə biləcəyi isə bəlli deyil. Vasif Talıbovun anadan olduğu kənddə yerləşdiyi və zəruri ehtiyaclar yaranmasa, evdən çıxmadığı haqda mediada gedən məlumatlar bu günədək təkzib olunmayıb.
Naxçıvandakı bir mənbə Talıbovların YAP-dan çıxacaqlarını da istisna etməyib. Amma bunu mümkün qədər səs-küysüz etmək istəyirlər. Yeri gəlmişkən, Azpolitika.infonun araşdırması zamanı məlum olub ki, YAP-ın “yap.org.az” saytında yerləşdirilən rayon təşkilatları siyahısında, ümumiyyətlə, Naxçıvan MR ərazi təşkilatının adı yoxdur. YAP Naxçıvan təşkilatı barədə internetdə axtarış verdikdə vaxtilə keçirilən iclaslar haqqında bəzi qəzetlərdə və internet saytlarında məlumatlar çıxır. Onların əksəriyyəti isə Ali Məclisin keçmiş sədri Vasif Talıbov dönəminə aiddir.
Bildirək ki, Vasif Talıbov 2022-ci ildə YAP-ın yaradılmasının 30 illik yubileyi münasibətilə Bakıda keçirilən tədbirə qatılmaq üçün Naxçıvandan paytaxta gəlmişdi. Lakin Vasif Talıbovu tədbirin keçirildiyi binaya buraxmamışdılar. O günlərdən Vasif Talıbovun hakim partiyadan uzaqlaşdırılacağı xəbəri gündəmdən düşmür.
Maraqlıdr ki, Vasif Talıbovu və oğlunu hakim partiyadan uzaqlaşdırmağa tələsmirlər.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Vasif Talıbovun gələcəyi onun özünü aparmasından asılıdır: “Görünən odur ki, postundan uzaqlaşdırılmasından ötən 2 ilə yaxın vaxt ərzində Vasif Talıbov "oyun qaydaları"ndan kənara çıxmayıb. Ona göndərilən ismarışlara sözsüz əməl edib".
Onun sözlərinə görə, “Naxçıvan xanı”nın gözlənilməz sözəbaxanlığı itirəcəklərinin çox olması ilə bağlıdır: “Vasif Talıbov vəzifədə olanda nə qədər ötkəm, aqressiv idisə, vəzifədən yola salınandan sonra bunun əksi müşahidə edilir. Daha onda özündənrazılıq, mənəmlikdən əsər-əlamət yoxdur. Xatırlayırsınızsa, 2019-cu ildə Azərbaycan regionlarının inkişafı, kadr və struktur islahatlarının gerçəkləşməsinə başlanılarkən, Naxçıvanda kadr islahatlarına qarşı Vasif Talıbov tərəfindən sərt təpki göstərilirdi. Bakıdan göndərilən kadrlara aqressivlik göstərilir, işləmələrinə imkan verilmirdi. Əlbəttə ki, bu, mərkəzi hakimiyyətin diqqətindən qaçmırdı. Naxçıvanda Vasif Talıbovun 27 illik "xanlığı"nın sonu gəldi. Vasif Talıbovun özünü 1 günün içindən kreslosundan aşırdılar, ətrafındakı korrupsioner komandasının əsas üzvlərini isə həbs etdilər. 144 milyon manat büdcə vəsaitini ələ keçirən maliyyə naziri, 132 milyon manat vəsaiti ələ keçirən gömrük rəsmisi tutuldu, bu haqda ictimaiyyətə məlumat verildi. Aydın idi ki, tutulan vəzifəli şəxslər özbaşına bu qədər vəsaitləri ələ keçirə bilməzdilər. Bu araşdırmalar davam etdirilsəydi, əlbəttə ki, Vasif Talıbovun ütülü kostyumunun yaxası istintaqçıların əlinə keçəcəkdi. İllərlə Naxçıvanın təbii sərvətlərinin talanından tutmuş bütün biznes sahələrinin kriminal yollarla Talıbovların nəzarətinə keçirilməsi isbatlana bilərdi. Vasif Talıbov inadkarlığının onu hara aparıb çıxaracağını dəqiq bildiyindən qısa müddətdə davranışlarına korrektələr etməyə üstünlük verdi. Onun indiki “modu” hələ ki problem yaratmır. Ona görə də Vasif Talıbovun, onun oğlunun hakim partiyadan qovulması da gerçəkləşmir". Pravda.az
OXŞAR XƏBƏRLƏR

Zahid Oruc: “Sığorta şirkətlərindən şikayətlərin sayı...” - VİDEO
Prezidentin cavablandırdığı suallar - Tam mətn
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
Prezident sərəncam imzaladı
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Siyavuş Novruzovdan SENSASİON AÇIQLAMA
Vasif Talıbovun postunu kim tutacaq?
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Milli Məclis Mərkəzi Bankın səlahiyyətlərini artıran qanun layihəsini təsdiqlədi
Vasif Talıbovla oğlunun namizədliyi irəli sürüləcək?
“Deyirəm ki, bu adam icazəlidir. 70 il...” – İbrahimov Talıbovla bağlı suala əsəbiləşdi
Milli Məclisin iclası BAŞLADI
Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib - FOTO - YENİLƏNİB
Ramiz İsmayılov: "Ermənilərin yalanları ifşa olunduğu üçün Fransanın timsalında dünyanın bəzi güclərinin qoltuğuna sığınır"-MÜSAHİBƏ
Namizədlər hansı məntəqələrdə səs verəcək?
İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ 2026-06-03 , 16:27
Zeynəb Xanlarova uzun aradan sonra belə görüntüləndi - FOTO 2026-06-03 , 16:26
Hiss Saçlarını qırxdırıb bu hala qoydu - Fotolar 2026-06-03 , 16:22
Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı 2026-06-03 , 16:15
Nəsrin botoks iddialarına cavab verdi 2026-06-03 , 16:06
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI 2026-06-03 , 16:03
Botoks etdirən qadının üzü bu hala düşdü – Foto 2026-06-03 , 15:55
Mehriban Abasquliyeva xəstəxanaya yerləşdirildi 2026-06-03 , 15:53
Xamenei və Tramp görüşəcək 2026-06-03 , 15:52
"Qurban bayramını qəbul etmirəm, ət yemirəm" - VİDEO 2026-06-03 , 15:48
Sibel Can evlənir - Toy Mayamidə olacaq 2026-06-03 , 15:35
Yelena Sidorenko ikinci dəfə ana oldu 2026-06-03 , 15:34
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir 2026-06-03 , 15:32
Məcburi köçkün statusu - Yenidən tənzimlənir 2026-06-03 , 15:31
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu 2026-06-03 , 15:28
“Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar” 2026-06-03 , 15:26
Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar 2026-06-03 , 15:25
Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi" 2026-06-02 , 18:12
Qayınata gəlinini evə çağırıb, kartını almaq istəyibmiş 2026-06-02 , 18:05
Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE 2026-06-02 , 17:57
Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı - VİDEO 2026-06-02 , 17:53
Prezidentdən Lalə Abdullayeva ilə bağlı SƏRƏNCAM 2026-06-02 , 17:38
Bank Respublika məhkəməyə verildi 2026-06-02 , 15:16
TƏBİB-də 6 rəhbər şəxs vəzifəsindən azad edildi - SİYAHI 2026-06-02 , 15:14
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 2026-06-02 , 15:08
İqtisadçıdan ADY rəhbərinə irad: “O planı kim qurmalı, tərtib etməlidir? Mən?” 2026-06-02 , 15:06
AAYDA Yeni Günəşlinin yollarına yamaq vurub getdi – Foto 2026-06-02 , 14:52
Leyla Əliyeva oğlu ilə toyda - Video 2026-06-02 , 14:50
Anar Bağırov Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib - FOTO 2026-06-02 , 14:48
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı 2026-06-02 , 14:47
"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab 2026-06-02 , 14:42
Əminə Şirin: "Mənim başıb xarabdır, qanım xarab deyil" - VİDEO 2026-06-02 , 14:37
Nüşabənin açıq-saçıq geyimi bəyənilmədi, söyüş yağdırdı - VİDEO 2026-06-02 , 14:33
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?" 2026-06-02 , 14:31
"İndi oğlanlar da kasıb qızla evlənmək istəmir" - VİDEO 2026-06-02 , 14:29
Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı - VİDEO 2026-06-02 , 14:14
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO 2026-06-02 , 14:08
“60 yaşı var…” – Tacir Şahmalıoğlu geyiminə görə tənqid olundu 2026-06-01 , 20:25
“Bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq” - Prezident 2026-06-01 , 20:22
“Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu” 2026-06-01 , 20:21
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-01 , 20:20
İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Donald Trampdan aldığı hədiyyəni göstərdi - VİDEO 2026-06-01 , 20:18
Tacir Şahmalıoğlu Bakıdan köçür 2026-06-01 , 20:11
“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin" 2026-06-01 , 20:11
“Qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız” 2026-06-01 , 20:05
“Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edibVİDEO 2026-06-01 , 16:06
Roza Zərgərli Kadırovla görüşdü - FOTOLAR 2026-06-01 , 16:05