Deputat: "Ermənistanın COP29-a qatılmağa üzü, ləyaqəti yoxdur, gəlsəydilər, tənqidlə üzləşəcəkdilər"

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycanın mövqeyi birmənalıdır və dəyişməzdir: “Ərazilərimizi işğaldan azad etmişik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etmişik. İlk gündən sülh çağırışı etmişik, təkliflərimizi vermişik. Ermənistan bunlara tam əməl etməlidir ki, sülh sazişi imzalansın. Ermənistan Konstitusiyasında dəyişikliklər etməli və bizə qarşı ərazi iddialarından əl çəkməlidir. Mən keçmiş məcburi köçkün kimi deyirəm ki, Ermənistan işğal dövründə mənim kimi 100 minlərlə insanın evini viran qoyub. Buna görə də vurduğu bütün ziyanlara görə Azərbaycana təzminat ödəməli, törətdiyi soyqırımı cinayətlərini etiraf etməli və cəzalandırılmalıdır. O cinayətkarlar bu gün Ermənistan ərazisində özlərinə sığınacaq tapıblar. Onlar Azərbaycana təhvil verilməlidir. Yəqin ki, bu şərtlər daxilində Ermənistanla sülhdən danışa biləcəyik. Biz istəyirik ki, başqa qonşu dövlərlə olduğu kimi Ermənistanla da sülh şəraitində yaşayaq. Ermənistan özünü ləyaqətli aparsa, Azərbaycanın tələblərinə əməl etsə, gələcəkdə müəyyən əməkdaşlıq ola bilər. Ancaq biz Ermənistandan bunu görmürük. Hesab edirəm, görməyəcəyik də...”