Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputat: "Ermənistanın COP29-a qatılmağa üzü, ləyaqəti yoxdur, gəlsəydilər, tənqidlə üzləşəcəkdilər"

Deputat: "Ermənistanın COP29-a qatılmağa üzü, ləyaqəti yoxdur, gəlsəydilər, tənqidlə üzləşəcəkdilər"

Deputat:
2024-11-12 , 15:44

“Ermənistanın COP29 kimi çox əhəmiyyətli, mühüm tədbirə qatılmaması onun düşmənçilik niyyətindən əl çəkmədiyindən, yalandan riyakarlıqla, saxtakarlıqla sülhdən danışmasına baxmayaraq gerçəkdə sülh sazişinin bağlanmasından hələ də çox uzaq olduğundan, eyni zamanda Azərbaycana qarşı hələ də ərazi iddialarından əl çəkmədiyindən xəbər verir. Bundan əlavə, Ermənistan hansı üzlə COP29-da iştirak edəcəkdi? Cənab Prezidentimiz Liderlər Sammitindəki çıxışında Ermənistanın törətdiyi ekoloji problemlərdən, ərazilərimizdən keçən çayları zəhərləməsindən, çirkləndirməsindən, məhv etdiyi təbiətdən, 30 il boyunca yeraltı sərvətlərimizi qazıb, daşıyıb aparmaqla təbiətə vurduğu zərbələrdən, viran qoyduğu ərazilərimizdən danışdı. COP29-da iqlim dəyişikliyindən söhbət gedir, eyni zamanda bu gün də qəzalı vəziyyətdə fəaliyyət göstərən və hər an fəlakət törədə biləcək “Metsamor” atom stansiyasından danışılır. Yəni Ermənistanın bu tədbirdə iştirak etməyə heç mənəvi haqqı yoxdur. Gəlsəydi, ancaq təndiqlərlə üzləşəcəkdi. Hansı tərəfdən baxsaq, Ermənistanın belə tədbirlərə qatılmağa üzü, ləyaqəti yoxdur”. 

 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. 
 
Deputat bildirib ki, Azərbaycanın mövqeyi birmənalıdır və dəyişməzdir: “Ərazilərimizi işğaldan azad etmişik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etmişik. İlk gündən sülh çağırışı etmişik, təkliflərimizi vermişik. Ermənistan bunlara tam əməl etməlidir ki, sülh sazişi imzalansın. Ermənistan Konstitusiyasında dəyişikliklər etməli və bizə qarşı ərazi iddialarından əl çəkməlidir. Mən keçmiş məcburi köçkün kimi deyirəm ki, Ermənistan işğal dövründə mənim kimi 100 minlərlə insanın evini viran qoyub. Buna görə də vurduğu bütün ziyanlara görə Azərbaycana təzminat ödəməli, törətdiyi soyqırımı cinayətlərini etiraf etməli və cəzalandırılmalıdır. O cinayətkarlar bu gün Ermənistan ərazisində özlərinə sığınacaq tapıblar. Onlar Azərbaycana təhvil verilməlidir. Yəqin ki, bu şərtlər daxilində Ermənistanla sülhdən danışa biləcəyik. Biz istəyirik ki, başqa qonşu dövlərlə olduğu kimi Ermənistanla da sülh şəraitində yaşayaq. Ermənistan özünü ləyaqətli aparsa, Azərbaycanın tələblərinə əməl etsə, gələcəkdə müəyyən əməkdaşlıq ola bilər. Ancaq biz Ermənistandan bunu görmürük. Hesab edirəm, görməyəcəyik də...” 
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.