Bolqarıstan nümayəndəsi: "Bakıda COP29-un təşkili, sadəcə, möhtəşəmdir"

"Bolqarıstan nümayəndəsi kimi təəssüf edirəm ki, ölkəm COP29-a ev sahibliyi etmədi, lakin qeyd etmək istəyirəm ki, Azərbaycan yaxşı hazırlaşıb və bu, sadəcə, başlanğıcdır. İlk təəssürat müsbətdir, düşünürəm ki, bundan sonra daha yaxşı olacaq", - deyə o qeyd edib.
Kuzmanova vurğulayıb ki, Azərbaycan bu cür mühüm tədbirin keçirilməsinin öhdəsindən əla gəlir.
"Bakıda COP29-un təşkili çox yaxşıdır, sadəcə, möhtəşəmdir", - deyə CISL nümayəndəsi əlavə edib.