Bolqarıstan nümayəndəsi: "Bakıda COP29-un təşkili, sadəcə, möhtəşəmdir"
BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi üçün namizədlərdən biri Bolqarıstan olsa da, nəticədə estafeti Azərbaycan qəbul edib. Ölkənin paytaxtı Bakı iqlim dəyişikliyi və davamlı inkişaf məsələlərinə həsr olunmuş bu miqyaslı beynəlxalq tədbirin keçirildiyi məkana çevrilib.
"Bolqarıstan nümayəndəsi kimi təəssüf edirəm ki, ölkəm COP29-a ev sahibliyi etmədi, lakin qeyd etmək istəyirəm ki, Azərbaycan yaxşı hazırlaşıb və bu, sadəcə, başlanğıcdır. İlk təəssürat müsbətdir, düşünürəm ki, bundan sonra daha yaxşı olacaq", - deyə o qeyd edib.
Kuzmanova vurğulayıb ki, Azərbaycan bu cür mühüm tədbirin keçirilməsinin öhdəsindən əla gəlir.
"Bakıda COP29-un təşkili çox yaxşıdır, sadəcə, möhtəşəmdir", - deyə CISL nümayəndəsi əlavə edib.
OXŞAR XƏBƏRLƏR