AZAL-ın qəzaya uğrayan təyyarəsindən 6 nəfər sağ çıxıb - RƏSMİ

Sfera.az bildirir ki, bununla bağlı Qazaxıstan Səhiyyə Nazirliyi də məlumat yayıb.
Qeyd olunub ki, ilkin məlumatlara görə, Qazaxıstanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində altı nəfər sağ qalıb.
Məlumata görə, xilasedicilər yanan təyyarəni söndürməyə davam edirlər. Həlak olanlar barədə isə hələlik dəqiq məlumat yoxdur.
Qazaxıstan məbuatında yayımlanan xəbərlərə görə, qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi araşdırmaya başlanılacaq.