Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » AZAL-ın qəzaya uğrayan təyyarəsindən 6 nəfər sağ çıxıb - RƏSMİ

AZAL-ın qəzaya uğrayan təyyarəsindən 6 nəfər sağ çıxıb - RƏSMİ

AZAL-ın qəzaya uğrayan təyyarəsindən 6 nəfər sağ çıxıb - RƏSMİ
2024-12-25 , 12:25

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

 
Sfera.​​​​az bildirir ki, bununla bağlı Qazaxıstan Səhiyyə Nazirliyi də məlumat yayıb.
 
Qeyd olunub ki, ilkin məlumatlara görə, Qazaxıstanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində altı nəfər sağ qalıb.
 
Məlumata görə, xilasedicilər yanan təyyarəni söndürməyə davam edirlər. Həlak olanlar barədə isə hələlik dəqiq məlumat yoxdur. 
 
Qazaxıstan məbuatında yayımlanan xəbərlərə görə, qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi araşdırmaya başlanılacaq. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.