Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Qəzaya düşən AZAL-ın təyyarəsində neçə nəfər olub?

Qəzaya düşən AZAL-ın təyyarəsində neçə nəfər olub?

Qəzaya düşən AZAL-ın təyyarəsində neçə nəfər olub?
2024-12-25 , 12:24

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Yenilik.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.