Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Qəzaya düşən AZAL təyyarəsi niyə yolu dəyişib? - SƏBƏB AÇIQLANDI

Qəzaya düşən AZAL təyyarəsi niyə yolu dəyişib? - SƏBƏB AÇIQLANDI

Qəzaya düşən AZAL təyyarəsi niyə yolu dəyişib? - SƏBƏB AÇIQLANDI
2024-12-25 , 12:19

AZAL-a məxsus təyyarənin yolunu dəyişmə səbəbi açıqlanıb.

 
Bu barədə “The Guardian” məlumat yayıb. Bildirilib ki, təyyarə Bakıdan Rusiyanın Çeçenistanın Qroznı şəhərinə uçarkən duman səbəbindən marşrutu dəyişdirilib.
 
“İlkin məlumata görə, sağ qalanlar var. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib. Nazirlik fövqəladə hallar xidmətlərinin qəza yerində yanğını söndürməyə çalışdığını qeyd edib.  Rusiya xəbər agentlikləri təyyarənin Azərbaycan Hava Yollarına məxsus olduğunu və Bakıdan Rusiyanın Çeçenistanın Qroznıya uçduğunu, lakin Qroznıda duman səbəbindən marşrutun dəyişdirildiyini bildirib”, - “The Guardian” yazıb. 
 
Nəşr qeyd edib ki, Qazaxıstan mediası təyyarədə 105 sərnişin və 5 ekipaj üzvünün olduğunu bildirib. Lakin məlumat təsdiq olunmayıb. 
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.