Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bakı-Ağstafa marşrutu üzrə sərnişin daşımaları üçün axşam reysi təyin edildi

Bakı-Ağstafa marşrutu üzrə sərnişin daşımaları üçün axşam reysi təyin edildi

Bakı-Ağstafa marşrutu üzrə sərnişin daşımaları üçün axşam reysi təyin edildi
2023-03-14 , 18:35

Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 18 mart tarixində sayca 3-cü reys təyin edilib.

Yenilik.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
“Belə ki, müvafiq tarixdə Bakı Dəmiryol Vağzalından saat 17:00-da yola düşən qatar mənzilbaşına saat 21:55-də çatacaq”, - məlumatda deyilir.
Xatırladaq ki, martın 18-də səhər saat 08.25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13.20-də, 08.45-də yola düşən ikinci qatar isə saat 13.40-da Ağstafaya çatacaq.
ADY bildirir ki, Bakı-Ağstafa marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətilinin sonunda paytaxta rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa müvafiq qaydada təmin ediləcək.
Qeyd edək ki, Bakıdan Ağstafaya hərəkət edən sürətli sərnişin qatarının yolda olma müddəti 4 saat 55 dəqiqədir. Qatarın orta sürət göstəricisi isə 100 km/saat təşkil edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.