Hava Limanının fəaliyyətində nöqsanlar aşkarlanıb
Azərbaycan Hesablama Palatası Naxçıvan Beynəlxalq Hava Limanı və onun tabeliyində olan “Aeroport Taksi” MMC-də 2023-cü ilin fevralın 15-dən martın 18-dək apardığı yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar olunub.
Əhatə olunan dövrdə hava limanının xərcləri 28 milyon.471 min 323 manat (amortizasiya xərcləri daxil olmaqla), gəlirləri isə 20 milyon 631min 647 manat təşkil edib.
"Naxçıvan Beynəlxalq Hava Limanı təsərrüfat hesablı müəssisəsi ilə özəl şirkətlər arasında hava gəmilərinin enmə-qalxmasının təminatına dair müqavilələr bağlayıb. Müqavilələrin şərtlərinə əməl edilməyərək yerüstü, texniki və kommersiya xidmətləri, aeroport yığımı, təhlükəsizlik yığımları, təyyarənin artıq dayanması, xüsusi təhlükəsizliyi və qorunması və s. xidmətlərin faktiki olaraq göstərilməsinə baxmayaraq, ümumilikdə xidmətlərin dəyəri hesablanmayıb və özəl şirkətlərdən alınması təmin edilməyib.
Hava gəmilərinə texniki xidmət, gələn sərnişinlərin təhlükəsizlik yığımı və hava gəmilərinin təhlükəsizlik xidmətinin haqları özəl aviaşirkəti ilə bağlanmış müqavilənin şərtlərinə daxil edilməmiş, nəticədə bu xidmətlərin faktiki olaraq göstərilməsinə baxmayaraq, hava limanı tərəfindən ümumilikdə bu xidmətlərin dəyərini təşkil edən 288 min 529 manat məbləğində xidmət haqqının özəl aviaşirkətindən alınması təmin edilməyib.
Bununla yanaşı, hava limanı ilə bir sıra hava yolları şirkətləri arasında bağlanmış müqavilələr üzrə göstərilən xidmətlərin tarifləri (enmə-qalxma, kommersiya xidməti, yerüstü xidmət və aeroport yığımı) arasında fərqlər yaranıb və bunun nəticəsində hava limanının gəlirlərinin azalmasına (bəzi hallarda artmasına) səbəb olub", - məlumatda deyilir.
Yoxlamanın nəticəcələrinə görə, hava limanının Aerovağzal binasında və Aviakassa binasında fiziki və hüquqi şəxslərə icarəyə verilmiş qeyri-yaşayış sahələri üzrə faktiki icarə sahəsinin az göstərilməsi nəticəsində icarədarlardan vəsait az hesablanaraq alınmayıb.
"Azərbaycan Prezidentinin 06.09.1997-ci il tarixli 629 nömrəli Fərmanının tələbinə əməl edilməyərək dövlət əmlakının icarəyə verilməsində dövr ərzində 59 min 615 manat vəsaitin 50 %-i, yəni 29 min 807 manatı dövlət büdcəsinə ödənilməyib, eyni ilə "Aeroport Taksi” MMC ilə də Fərmanının tələblərinə əməl edilməyərək dövlət əmlakının icarəyə verilməsindən 36,4 min manat icarə haqqının 50 %-i, yəni 18,2 min manat dövlət büdcəsinə ödənilməyib.
Aerovağzalın dayanacaq (parklanma) xidmətindən əldə olunan vəsaitdən, abunə kartlarına görə abunəçilərdən yığılan vəsaitdən, Naxçıvan Beynəlxalq Hava Limanında ödənişli baqaj yükü üzrə xidmətlərdən daxil olan vəsaitdən, "Biznes Sinif Şəxslər” (CİP) xidmətindən istifadə edən sərnişinlərə göstərilən müvafiq xidmətlərdən nağd şəkildə daxil olan vəsaitlərdən, sərnişinlərin baqaj yüklərinin sarğı materialı ilə bağlanmasından daxil olan vəsaitlərdən və Bakı şəhərinə yük göndərənlərdən (1 kq yük üçün mövcud tarifdən 0,15 manat və ya 0,20 manat) baha qiymət tətbiq edilməklə tarifdən artıq nağd pulun alınmasından gələn vəsaitlərdən cuzi məbləğ Hava Limanının bankdakı hesabına ödənilib, qalan vəsait yayındırılaraq hava limanının bankdakı hesablaşma hesabına ödənilməyib. Nəticədə hava limanın gəlirlərinin azalmasına səbəb olub", - məlumatda deyilir.
Bildirilir ki, audit əhatə etdiyi dövrdə satınalmaların keçirilməsində malsatan və podratçıların iştirakı zamanı onların azad rəqabət hüququnun qorunması, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməsi və dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq prinsiplərinə hava limanı tərəfindən əməl edilməyib. Hava limanın 2021-ci ildə 92 hüquqi və fiziki şəxslərlə və 2022-ci ildə 91 hüquqi və fiziki şəxslərlə dövlət satınalma metodu tətbiq edilmədən birbaşa müqavilə bağlanılaraq həyata keçirilb ki, bu da hava limanının xərclərinin 36 %-nı təşkil edib.
Hava limanı tərəfindən 2021-2022-ci illərdə alınmış idxal malları üzrə büdcəyə ödənilməli olan 116,3 min manat məbləğində əlavə dəyər vergisi dövlət büdcəsinə deyil, Naxçıvan MR-nın İnkişafı və Müdafiəsi Fonduna köçürülüb. Xarici ölkələrdə CL-605 tipli, bort №-si M-TRBS olan təyyarəyə texniki qulluq mövzusunda təşkil olunan kurslarda və praktiki-təcrübələrdə iştirak etmək üçün xarici ölkələrə ezam edilən hava limanı əməkdaşına artıq ezamiyyə xərcləri çəkilib.
Naxçıvan Beynəlxalq Hava Limanının təmir-tikinti, quraşdırma işlərinə özəl şirkətlərlə bağlanmış müqavilələr üzrə görülən işlər cari bazar qiymətlərinə uyğun müqavilə qiymətləri ilə həyata keçirildiyi halda yerinə yetirilmiş işlərin həcminə 12 % üstəlik xərc, 8 % plan yığımının və nəzərə alına bilməyən xərclərin işlərin həcminə daxil edilməsi nəticəsində artıq dövlət vəsaiti podratçılara ödənilib.
Həmçinin Naxçıvan Beynəlxalq Hava Limanı tərəfindən mal-materialların, avadanlıqların alınması və quraşdırılmasına görə şirktlərlə müqavilələr bağlanılıb. Lakin müqavilələrdə alınan mallar və görülən işlərin cari bazar qiymətlərindən baha qiymətə alınması və bəzən isə müqavilə qiymətlərinə tətbiq olunan əlavələrin edilməsi nəticəsində hava limanın xərclərinin artmasına səbəb olub.
“Mühasibat uçotu haqqında” Qanunun tələblərinə əməl edilməyərək maliyyə-təsərrüfat əməliyyatlarının uçotu 1995-ci ildə Maliyyə Nazirliyinin təsdiq etdiyi Hesablar Planına və uçot qaydalarına aparılmış, mühasibat uçotunun aparılması, mühasibat uçotu sənədlərinin və maliyyə hsabatlarının tərtib edilməsi, habelə ayrı-ayrı maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi hazırkı hüquqi aktlara uyğun aparılmayıb.
Mühasibat uçotunun aparılması ilə bağlı hüquqi aktların tələblərinə tam əməl edilməməsi, ayrı-ayrı kreditorlar (işçilərlə, büdcə ilə və sığorta orqanları ilə hesablaşmalar) üzrə araşdırma aparılarkən 2021-ci ildə 780 min 452,76 manat kreditor borcu və eyni zamanda hüquqi və fiziki şəxslərdən mal-materialların alınması, xidmətlərin göstərilməsi, icarə haqlarının ödənilməsi üzrə 2021-ci ildə 517 min 487 manat, 2022-ci ildə 689 min 891 manat debitor borcları uçot registrlərində və maliyyə hesabatlarında əks etdirilməyib.
Hava limanı tərəfindən daxili nəzarətin təşkili vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Hava limanının Əsasnaməsinin müvafiq bəndlərinin tələblərinə əməl edilməyərək struktur bölmələrində mövcud olan ştat vahidlərinin sayı artırılıb, limanın fəaliyyətinin SWOT təhlili aparılmayaraq onun zəif və güclü tərəfləri, təhlükələri və imkanları açıqlanmamış, risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə tədbirlərin görülməsi təmin olumayaraq inkişafına dair təkliflər verilməyib.
Hesablama Palatasının Kollegiyası tərəfindən qəbul edilmiş qərarda hava limanıın yoxlamalarının nəticələri barədə məlumat müvafiq quqmlara göndərilib.
OXŞAR XƏBƏRLƏR

Qarabağda vurulmuş İran sərnişin təyyarəsi: ermənilər etiraf, İran təkzib edir
Peşə Təhsili üzrə Dövlət Agentliyində yoxlama: Nöqsanlar aşkarlandı
Naxçıvanda nazirlikdə milyonlarla mənimsəmə — Talıbovların şirkətinin adı hallanır
İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
Bu kolbasa və sosiskaların tərkibində donuz DNT-si aşkarlandı (SİYAHI)
Prezident “Araz Vadisi İqtisadi Zonası”ndakı işlərlə tanış olub, bir neçə müəssisənin təməlini qoyub
İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ 2026-06-03 , 16:27
Zeynəb Xanlarova uzun aradan sonra belə görüntüləndi - FOTO 2026-06-03 , 16:26
Hiss Saçlarını qırxdırıb bu hala qoydu - Fotolar 2026-06-03 , 16:22
Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı 2026-06-03 , 16:15
Nəsrin botoks iddialarına cavab verdi 2026-06-03 , 16:06
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI 2026-06-03 , 16:03
Botoks etdirən qadının üzü bu hala düşdü – Foto 2026-06-03 , 15:55
Mehriban Abasquliyeva xəstəxanaya yerləşdirildi 2026-06-03 , 15:53
Xamenei və Tramp görüşəcək 2026-06-03 , 15:52
"Qurban bayramını qəbul etmirəm, ət yemirəm" - VİDEO 2026-06-03 , 15:48
Sibel Can evlənir - Toy Mayamidə olacaq 2026-06-03 , 15:35
Yelena Sidorenko ikinci dəfə ana oldu 2026-06-03 , 15:34
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir 2026-06-03 , 15:32
Məcburi köçkün statusu - Yenidən tənzimlənir 2026-06-03 , 15:31
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu 2026-06-03 , 15:28
“Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar” 2026-06-03 , 15:26
Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar 2026-06-03 , 15:25
Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi" 2026-06-02 , 18:12
Qayınata gəlinini evə çağırıb, kartını almaq istəyibmiş 2026-06-02 , 18:05
Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE 2026-06-02 , 17:57
Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı - VİDEO 2026-06-02 , 17:53
Prezidentdən Lalə Abdullayeva ilə bağlı SƏRƏNCAM 2026-06-02 , 17:38
Bank Respublika məhkəməyə verildi 2026-06-02 , 15:16
TƏBİB-də 6 rəhbər şəxs vəzifəsindən azad edildi - SİYAHI 2026-06-02 , 15:14
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 2026-06-02 , 15:08
İqtisadçıdan ADY rəhbərinə irad: “O planı kim qurmalı, tərtib etməlidir? Mən?” 2026-06-02 , 15:06
AAYDA Yeni Günəşlinin yollarına yamaq vurub getdi – Foto 2026-06-02 , 14:52
Leyla Əliyeva oğlu ilə toyda - Video 2026-06-02 , 14:50
Anar Bağırov Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib - FOTO 2026-06-02 , 14:48
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı 2026-06-02 , 14:47
"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab 2026-06-02 , 14:42
Əminə Şirin: "Mənim başıb xarabdır, qanım xarab deyil" - VİDEO 2026-06-02 , 14:37
Nüşabənin açıq-saçıq geyimi bəyənilmədi, söyüş yağdırdı - VİDEO 2026-06-02 , 14:33
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?" 2026-06-02 , 14:31
"İndi oğlanlar da kasıb qızla evlənmək istəmir" - VİDEO 2026-06-02 , 14:29
Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı - VİDEO 2026-06-02 , 14:14
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO 2026-06-02 , 14:08
“60 yaşı var…” – Tacir Şahmalıoğlu geyiminə görə tənqid olundu 2026-06-01 , 20:25
“Bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq” - Prezident 2026-06-01 , 20:22
“Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu” 2026-06-01 , 20:21
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-01 , 20:20
İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Donald Trampdan aldığı hədiyyəni göstərdi - VİDEO 2026-06-01 , 20:18
Tacir Şahmalıoğlu Bakıdan köçür 2026-06-01 , 20:11
“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin" 2026-06-01 , 20:11
“Qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız” 2026-06-01 , 20:05
“Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edibVİDEO 2026-06-01 , 16:06
Roza Zərgərli Kadırovla görüşdü - FOTOLAR 2026-06-01 , 16:05