Ödənişli yollardan gələn gəlirlər bu Fonda köçürüləcək

Sərəncama əsasən, Fondun maliyyələşmə mənbələrinin sayı artırılıb. Belə ki, gələn ildən Fondun büdcəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına da formalaşdırılacaq.