Ödənişli yollardan gələn gəlirlər bu Fonda köçürüləcək

Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” 12 oktyabr 2006-cı il tarixli Sərəncamına dəyişiklik edib.
Sərəncama əsasən, Fondun maliyyələşmə mənbələrinin sayı artırılıb. Belə ki, gələn ildən Fondun büdcəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına da formalaşdırılacaq.
OXŞAR XƏBƏRLƏR