AZAL təyyarəsinin “qara qutu”larının GÖRÜNTÜLƏRİ

Qeyd edək ki, Qazaxıstan Nəqliyyat Nazirliyi deşifrə edilmiş məlumatların araşdırılmasına yaxın günlərdə Astanada başlanılacağını bəyan edib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.




