Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » AZAL təyyarəsinin “qara qutu”larının GÖRÜNTÜLƏRİ

AZAL təyyarəsinin “qara qutu”larının GÖRÜNTÜLƏRİ

AZAL təyyarəsinin “qara qutu”larının GÖRÜNTÜLƏRİ
2025-01-07 , 16:50

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL təyyarəsinin “qara qutu”larının deşifrə edilməsinin görüntüləri yayılıb.

Bu işlə Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi məşğul olub.
Qeyd edək ki, Qazaxıstan Nəqliyyat Nazirliyi deşifrə edilmiş məlumatların araşdırılmasına yaxın günlərdə Astanada başlanılacağını bəyan edib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.