Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin qalıqları hadisə yerindən daşındı - VİDEO

Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin qalıqları hadisə yerindən daşındı - VİDEO

Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin qalıqları hadisə yerindən daşındı - VİDEO
2025-01-03 , 20:24

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin quyruq hissəsi hadisə yerindən çıxarılıb.

Yenilik.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, görüntüləri yerli "Telegram" kanalları paylaşıb.
Kadrlarda təyyarənin qalıqlarının yük maşını ilə aparıldığı əks olunub.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.