Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Sosial şəbəkələrdə #Rusiyaüzristə həştəqi ilə kampaniya başlayıb

Sosial şəbəkələrdə #Rusiyaüzristə həştəqi ilə kampaniya başlayıb

2024-12-27 , 23:01

"Operativ Media" xəbər verir ki, istifadəçilər Rusiyadan AZAL təyyarəsinin HHM tərəfindən vurulmasına görə etiraf və üzr istənilməsini tələb edirlər.

Hadisə ilə bağlı sosial şəbəkələrdə #Россиядолжнаизвиниться, #Rusiyaüzristə, #RussiaMustApologizeToAzerbaijan həştəqləri ilə çoxsaylı paylaşımlar edilir.
Azərbaycanlı tanınmış bir çox şəxs də hadisə ilə bağlı öz sosial şəbəkə hesablarında paylaşımlar edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Qeyd edək ki, ötən gün Caliberin yaydığı məlumata görə, ilkin araşdırma nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.
“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın Qroznı da daxil olmaqla 7 şəhərinə uçuşları dayandırıb.
 
Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.