Çeçenistanda matəm günü elan edilib

Çeçenistanda 28 dekabr matəm günü elan edilib. "Operativ Media" xəbər verir ki, AZAL təyyarəsinin vurulduqdan sonra qəzaya uğramasına görə, Çeçenistanda 28 dekabr matəm günü elan edilib.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb.

OXŞAR XƏBƏRLƏR