"Allah məni öldürsün, gədəyə vergi verilibdi" - Xalq şairi

"Anamın əmilərini gülləliyiblər, qardaşları isə Qaraçöpə daşınıblar. Mənim anam Bayram xanın qızı olub, ancaq o, çörək bişirib satırdı ki, öz mənliyini qorusun. 16 manata unun bütövünü alardı, oradan 4 manat qazanardı. Anam mənim bir gün şeir oxuduğumu bildikdə dedi ki, "Allah məni öldürsün, gədəyə vergi verilibdi". O, dua yazdırmışdı ki, mən şeir yazmayım. 3-4 gün sonra bir şeir də oxudum, anam ağladı. Mən indi bilirəm ki, şairlik başqa şeydir, hər yerindən duran olmur".