Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Allah məni öldürsün, gədəyə vergi verilibdi" - Xalq şairi

"Allah məni öldürsün, gədəyə vergi verilibdi" - Xalq şairi

2025-01-09 , 16:57

"Mən anamdan yetim qalmışam".

News24.az xəbər verir ki, bunu "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə deyib.
"Anamın əmilərini gülləliyiblər, qardaşları isə Qaraçöpə daşınıblar. Mənim anam Bayram xanın qızı olub, ancaq o, çörək bişirib satırdı ki, öz mənliyini qorusun. 16 manata unun bütövünü alardı, oradan 4 manat qazanardı. Anam mənim bir gün şeir oxuduğumu bildikdə dedi ki, "Allah məni öldürsün, gədəyə vergi verilibdi". O, dua yazdırmışdı ki, mən şeir yazmayım. 3-4 gün sonra bir şeir də oxudum, anam ağladı. Mən indi bilirəm ki, şairlik başqa şeydir, hər yerindən duran olmur".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.