Onlar işdən çıxarılacaq? - Rəsmi açıqlama

Qeyd olunub ki, əvvəlki strukturda metodiki kabinetlərdə çalışan metodistlər fəaliyyətini tabe müəssisələrdə davam etdirir. Əməkdaşların işlə təminatı prosesi hazırda da davam etməkdədir.
Qeyd edək ki, cari il ərzində metodik xidmətə cəlb olunacaq yeni metodistlərin seçimi, təlimləndirilməsi və işə cəlbi prosesinin həyata keçirilməsi nəzərdə tutulur.
2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur.
Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək.