Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Onlar işdən çıxarılacaq? - Rəsmi açıqlama

Onlar işdən çıxarılacaq? - Rəsmi açıqlama

Onlar işdən çıxarılacaq? - Rəsmi açıqlama
2025-01-18 , 13:06

Təhsil İdarələrində çalışan çoxsaylı əməkdaşın işdən azad olunması və ixtisarı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, əvvəlki strukturda metodiki kabinetlərdə çalışan metodistlər fəaliyyətini tabe müəssisələrdə davam etdirir. Əməkdaşların işlə təminatı prosesi hazırda da davam etməkdədir.
Qeyd edək ki, cari il ərzində metodik xidmətə cəlb olunacaq yeni metodistlərin seçimi, təlimləndirilməsi və işə cəlbi prosesinin həyata keçirilməsi nəzərdə tutulur.
2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur.
Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.