“Ruzum” məhsullarının etiket məlumatlarında nöqsanlar aşkarlandı

Baxış zamanı “Ruzum” əmtəə nişanlı məhsulların etiket məlumatlarında bir sıra nöqsanlar aşkarlanıb. Etiketlərdə məhsulun qida və enerji dəyəri, yararlılıq müddəti və istehsalçısı ilə bağlı yanlış məlumatların qeyd edildiyi məlum olub.
Qeyd edək ki, aşkarlanan pozuntular əsasında müəssisənin fəaliyyəti dayandırılıb və rəhbərlik barəsində inzibati protokol tərtib edilib.