Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Ruzum” məhsullarının etiket məlumatlarında nöqsanlar aşkarlandı

“Ruzum” məhsullarının etiket məlumatlarında nöqsanlar aşkarlandı

“Ruzum” məhsullarının etiket məlumatlarında nöqsanlar aşkarlandı
2025-02-07 , 20:56

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Bakı-Batumi küçəsində yerləşən və fiziki şəxs Rüstəmova Sevinc Hüseyn qızına məxsus olan dənli bitkilərin və yarmaların qablaşdırılması müəssisəsində yoxlama aparılıb.

Teleqraf Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, araşdırma zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi və emal prosesində normativ tələblərin pozulduğu müəyyən edilib.
Baxış zamanı “Ruzum” əmtəə nişanlı məhsulların etiket məlumatlarında bir sıra nöqsanlar aşkarlanıb. Etiketlərdə məhsulun qida və enerji dəyəri, yararlılıq müddəti və istehsalçısı ilə bağlı yanlış məlumatların qeyd edildiyi məlum olub.
Qeyd edək ki, aşkarlanan pozuntular əsasında müəssisənin fəaliyyəti dayandırılıb və rəhbərlik barəsində inzibati protokol tərtib edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.